Millimizin rəqibi: Biz heç kimdən qorxmuruq
13.02.2012 - 16:40
“Hazırda yığmamız heç bir rəqibdən qorxmur”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Rusiya milli komandasının futbolçusu Konstantin Mayevski deyib.
Dünya çempionatının pley-off mərhələsində Azərbaycan yığmasının rəqibi olan şimallıların təcrübəli oyunçusu yeni başa çatan Avropa çempionatının yekunlarına həsr olunan mətbuat konfransında iştirak edib. Mayevski dünyanın heç bir komandasından çəkinmədiklərini açıqlayıb: “Bir neçə il əvvəl bizim üçün əlçatmaz görünən yığmalar indi elə təsir bağışlamır. Biz onlarla oynaya da bilərik, məğlub da edə bilərik”.
Qeyd edək ki, Konstantin indiyədək millimizlə yalnız 1 dəfə qarşılaşan Rusiya yığmasının həmin heyətindən qalan yeganə oyunçudur. 2004-cü ildə komandasının 5:0 hesabı ilə qalib gəldiyi matçda Mayevski yığmamızın qapısından 2 qol da keçirib.
Həmin matçın digər iştirakçısı Sergey Zuyev isə Avro-2012 bitən kimi yığma karyerasını bitirdiyini elan etdiyindən millimizlə növbəti dəfə qarşılaşa bilməyəcək.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0