“İnter” daha bir futbolçusunu itirdi
17.12.2012 - 10:58
Bakının “İnter” klubu daha bir futbolçusunun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, “bankirlər” braziliyalı hücumçusu Tales Şutsu itirib.
Belə ki, dekabrın 14-də “İnter” Gəncədə məşq edərkən Şuts komandanın konqolu müdafiəçisi Brüs Abdulaye ilə toqquşub. Nəticədə Şultsun sol gözünün altındakı sümüyü sınıb. Həkimlərin müayinəsindən sonra məlum olub ki, Tales növbəti turda - “Bakı” ilə oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “İnter”də Şutsdan əvvəl Georgi Adamiya və Petar Zlatinov da uzun müddətə sıradan çıxıb. Hazırda Zlatinov Bolqarıstanda, Adamiya isə Gürcüstanda bərpa prosesi keçir.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0