Kemal Alispahiç “Rəvan”dan istefa verir
17.12.2012 - 12:54
Topaz Premyer Liqasında növbəti istefa yetişir. Apasport.az saytının xəbərinə görə, Kemal Alispahiç “Rəvan” klubunun baş məşqçisi postundan ayrılmaq qərarına gəlib.
Bosniya və herseqovinalı mütəxəssis bildirib ki, klub rəhbərliyi ilə arasındakı fikir ayrılığı belə addımı zəruri edib. Komandanın əsas qapıçısı Davud Kəriminin əvəzedici komandaya göndərilməsi, bu üzdən zədəli Lukaş Sapelanın son turda meydana çıxması Alispahişi narahat edən məqamlardandır.
O, nüfuzuna “Rəvan”da xələl gəlməməyi üçün istefa verməyi məqsədəuyğun sayır. Onun ilin son oyunundan sonra postunu tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, Alispahiç istefa verəcəyi halda, Bəhmən Həsənovun növbəti dəfə baş məşqçi təyin olunacağı istisna deyil.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0