“Rəvan”ın 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq
21.02.2013 - 18:39
“Rəvan” Topaz Premyer Liqasının XXI turunda “Qarabağ”la sabahkı oyuna hazırlığını başa vurub. Apasport.az saytının məlumatına görə, bakılıların zədə baxımdan problemi olsa da, cəzalı oyunçuları var. Belə ki, yarımmüdafiəçilər Samuel Barlayla Nuran Qurbanov ötən turda sarı vərəqə limitini doldurduqlarından, bu matçı buraxmalı olacaqlar.
“Rəvan” bu gün 1 saata yaxın davam edən məşqlə oyuna hazırlığını bitirib. Son çalışma olduğundan baş məşqçi Ramil Əliyev futbolçuları elə də yormayaraq sadə tapşırıqlarla kifayətlənib. Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular qısa ötürmələr üzərində işləyib, meydanın yarı hissəsində "kvadrat” oynayıb, qapıya zərbələr üzərində çalışıblar.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0