“Bakı” Zaqatalada məşqə çıxdı
21.02.2013 - 20:45
Topaz Premyer Liqasının XXI turunun “Simurq” – “Bakı” qarşılaşmasının başlamasına saatlar qalır. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, turnir cədvəli baxımından böyük önəm daşıyan oyuna hazırlıqlarını başa vurmaqda olan “zolaqlılar” xəbər verildiyi kimi Balakəndə məskunlaşıb.
Bu gün oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxan “Bakı”nın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. Baş məşqçi Bojidar Bandoviçin tapşırıqlarını yerinə yetirən futbolçuların əzmkarlıqla çalışması paytaxt təmsilçisinin bu qarşılaşmaya ciddi yanaşmasının göstərici kimi də qəbul oluna bilər.
Ümumilikdə, son iki turda qalib gələrək yüksəlişə keçən “Bakı” sabah (22 fevral 2013) Zaqatala şəhər stadionunda baş tutacaq oyuna qələbə əzmi ilə yanaşır.
Qeyd edək ki, saat 17.00-da başlanacaq qarşılaşmanı Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov və Namiq Bəkirovdan ibarət hakimlər briqadası idarə edəcək. Oyuna AFFA nümayəndəsi qismində Şaiq Həmidov və hakim-inspektor olaraq Nüvər Xasıyev təyin olunublar.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0