“Bunun üçün çox təəssüfləndim”
22.02.2013 - 05:36
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyun günündə səfərdə “Rubin”i 1:0 hesabı ilə məğlub etməsinə baxmayaraq turnirlə vidalaşan “Atletiko” böyük kədər içərisindədir. Apasport.az saytının məlumatına görə, bu turnirin sonuncu çempionunun matçda vurulan yeganə qolunun müəllifi Radamel Falkao oyundan sonra fikirlərini bildirib.
O, qarşılamada dominantlıq etmələrinə baxmayaraq sonda məyus olduqlarını ifadə edib: “Bunun üçün çox təəssüfləndim. İlk oyunda iki qol buraxmağımıza baxmayaraq Moskvaya yalnız qələbə qazanmaq üçün getmişdik. Meydanda bütün nəzarət bizim əlimizdə idi və evimizdə buraxdığımız qolların əvəzini çıxmağa çalışırdıq. Çox təəssüf ki, bunu bacara bilmədik”.
Qeyd edək ki, Falkao həm “Portu”nun, həm də “Atletiko”nun heyətində Avropa Liqasının qalibi olub.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0