“Təəssüf ki, bu tapşırığı yerinə yetirə bilmədilər”
23.02.2013 - 21:13
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının XXI turunda AZAL-la qarşılaşmadan sonra oyuna münasibət bildirib. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı 3:0 hesabı ilə uduzduqları matçda futbolçuları verilən tapşırıqları yerinə yetirmədiyini vurğulayıb: “Rəqibin əks-hücumlarda yaxşı oynadığını bilirdik. Futbolçularıma müdafiənin cinahlarını bağlamağı tapşırmışdım. Təəssüf ki, bu tapşırığı yerinə yetirə bilmədilər. Hər üç qol əks-hücumdan vuruldu”.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0