Türkiyədə iki futbol hakimi saxlanılıb.
Apasport.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Mərkəzi Hakimlər Komitəsinə (MHK) qarşı apardığı istintaq çərçivəsində Super Liqa hakimi Yasin Kol və yan hakim Göktuğ Hazar Erel saxlanılıb.
Onlar “Trabzonspor”la “Droqeda Yunayted” arasında keçirilən yoxlama oyunundan sonra saxlanılıblar.
Baş Prokurorluğun açıqlamasına görə, hakimlər 7258 saylı qanunun pozulması, sənədlərin saxtalaşdırılmasına iştirak və vəzifədən sui-istifadədə şübhəli bilinirlər.
Qeyd edək ki, “Hakimlər işi” üzrə aparılan istintaq çərçivəsində bir sıra hakimlərin də şahid və şikayətçi qismində ifadəsi alınıb.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb