“Xəzər Lənkəran”la oyunun hazırlıqlarına davam
25.02.2013 - 18:27
“Rəvan” ötən həftənin cümə günü Topaz Premyer Liqasının XXI turu çərçivəsində oyununu keçirdikdən dərhal sonra növbəti matç barədə düşünməyə başlayıb. Apasport.az saytının məlumatına görə, komanda fevralın 27-də Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşündə üz-üzə gələcəyi “Xəzər Lənkəran”la qarşılaşmaya ciddi hazırlaşır.
“Rəvan” həmin matça hazırlıq çərçivəsində bu gün artıq ikinci məşqini keçirib. Ənənəvi olaraq “Bayıl Arena”da toplaşan komanda mərhələ adlamaq üçün ilk oyunda sərfəli nəticəyə ümid edir. Maraqlıdır ki, çempionatda 4 dəfə üz-üzə gəldiyi "Xəzər Lənkəran”la ilk dəfə kubokda görüşəcək. Bu da oyuna rəng qatacaq məqam olacaq.
Qeyd edək ki, “Rəvan” – “Xəzər Lənkəran” matçı saat 17:00-da başlayacaq.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0