“Bakılıların sürətli oyunçuları var”
25.02.2013 - 20:18
“Oyuna yaxşı başladıq. Amma sona kimi üstünlüyü əlimizdə saxlaya bilmədik və nəticədə məğlub olduq”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Kəpəz”in yarımmüdafiəçisi Zaur Əsədov səsləndirib.
Komandanı meydana kapitan kimi çıxaran futbolçu klubun saytına açıqlamasında daha sonra sözlərinə belə davam edib: “Digər matçlara baxanda, nisbətən yaxşı oynadığımızı deyə bilərəm. Amma uduzmuşuqsa, deməli, yenə istənilən kimi oynaya bilməmişik. Baş məşqçimiz rəqibin əks-hücumlarda daha yaxşı oynadığını bildirmişdi. Bunun qarşısını almalıydıq. Bakılıların sürətli oyunçuları var və onlar komandaya nəticə qazandırdılar”.
Əsədov AZAL-a qarşı görüşdə özünə yad olan mövqedə çıxış edib. Dayaq yarımmüdafiəçisi sağ cinahda mübarizə aparıb: “Mahmud müəllim yarımmüdafiənin cinahında oynamağımı istədi. Biz futbolçuyuq, harda tapşırırlarsa, orda da oynayırıq. Mən də imtina etmədim. Vaxtilə “Muğan”da həmin mövqedə çıxış etmişəm. Ona görə mənə yad mövqe deyil. Oyunumun necə alındığını, məşqçidən soruşsaz daha yaxşı olar. Mən bu barədə heç nə deyə bilmərəm”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0