Robert Levandovski qərarını verdi
25.02.2013 - 21:26
Dortmund “Borussiya”sının polşalı hücumçusu Robert Levandovskinin meneceri Kzesari Kuçarski oyunçunun gələcək karyerası haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, o, Bundesliqa təmsilçisi ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq olan ulduz futbolçunun qərarını verdiyini bildirib.
Kuçarski forvardın nə vaxt qərarını açıqlayacağını isə ona bağlı olduğunu ifadə edib: “Robert öz qərarını verdi. Lakin qərarını nə vaxt açıqlayacağı isə ona bağlıdır. Əgər Levandovskinin bu zamana qədər ki karyerasına baxsanız, bir klubda 2 ildən çox oynadığını görə bilməzsiniz. İndi o, Dortmund “Borussiya”sında 3-cü mövsümünü keçirir və sətir altındakı yazılanları gözəl oxusanız nə demək istədiyimi anlayarsınız”.
Qeyd edək ki, 2010-cu ildən Almaniya klubunun şərəfini qoruyan Robert Levandovski ilə “Mançester Yunayted” və “Bavariya” yaxından maraqlanır.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0