“Əskişəhərspor”da azərbaycanlı futbolçular qaçır
26.02.2013 - 11:17
Milli komandamızın müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” ölkə kubokuna hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, Əskişəhər təmsilçisi sabah baş tutacaq “Mersin İdman Yurdu” ilə görüşü doğma məkanda keçir.
Hazırlıqlarda müalicəsi davam edən Mehmet Güvən və diz bağlarında ağrı olan braziliyalı müdafiəçi Dede hazırlıqlara qatılmır. Uzun müddətdir zədədən əziyyət çəkən Ufuk Budak isə digər azərbaycanəsilli futbolçu olan Sərvət Çətinlə birgə komandadan ayrı hazırlıq keçir. Hər iki oyunçu komandanın tibbi heyətinin nəzarəti altında qaçışla kifayətlənib.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0