“Simurq” məşqə bir dəqiqəlik anımla başladı
26.02.2013 - 20:41
“Simurq” bugünkü məşqə bir dəqiqəlik sükutla başlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, əvvəlcə məşqçilər korpusu başda olmaqla bütün futbolçular Xocalı faciəsinin 21-ci il dönümü ilə əlaqədar şəhidlərimizin ruhunu ehtiramla yad edib. Daha sonra isə “Neftçi” ilə oyunun hazırlıqlarının tamamlanmasına start verilib.
Georgi Çixradzenin yetirmələri qaçış və isinmə hərəkətlərindən sonra üç qrupa bölünərək “kvadrat” oynayıb. Qısa ötürmələr üzərində çalışdıqdan sonra futbolçular mövqelərinə görə ayrılaraq taktiki və texniki tapşırıqları yerinə yetiriblər. Sonda isə ikitərəfli oyunla hazırlıqlar tamamlanıb və Zaqatala təmsilçisi istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Simurq” – “Neftçi” qarşılaşması saat 17:00-da start götürəcək.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0