“Bolonya”dan əzmkar qələbə
27.02.2013 - 02:34
İtaliya A seriyasında 26-cı turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə bir qarşılaşma baş tutub.
“Bolonya” doğma azarkeşləri önündə “Fiorentina” ilə üz-üzə gəlib. Bu görüş əslində fevralın 24-də reallaşmalı idi. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq oyun təxirə salınmışdı.
Matça gəlincə isə meydan sahibləri əzmkar qələbə qazanıb. İlk hissədə qapısından bir qol buraxan “Bolonya”, ikinci yarıda qonaqları iki dəfə mərkəzdən başlamağa məcbur edərək meydandan qalib ayrılıb – 2:1.
İtaliya A Seriyası
26-cı tur
26 fevral
“Bolonya” - “Fiorentina” - 2:1
Motta, 58, Kristodulopulos, 84 – Lyayiç, 27

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0