Luis Felipe Skolari: Onlar Azərbaycan millisinə qalib gələ bilərlər
27.02.2013 - 11:00
“Paulu Bentunun Portuqaliya yığmasında gördüyü iş danılmazdır. Onun əməyini yalnız yüksək qiymətləndirmək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari deyib.
Cənubi amerikalılara 2002-ci ildə qazanılan son dünya çempionluğunun memarı olan Skolari vaxtilə çalışdığı Portuqaliya yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki çıxışından danışıb.
O, sabiq komandasının martın 22-də İsrail, 4 gün sonra Azərbaycanla keçirəcəyi matçlara da toxunub: “Bentunun komandasının indiki tempdə işinə davam edəcəyini düşünürəm. Bu isə o deməkdir ki, onlar qarşıdakı 2 seçmə matçda İsrail və Azərbaycana qalib gələ bilərlər. Portuqaliya yığması bu qələbələrlə çətinlikləri bir az arxada qoyub, dünya çempionatının final mərhələsinə daha da yaxınlaşacaq”.
Qeyd edək ki, Portuqaliya yığması qarşıdakı hər 2 oyunu səfərdə keçirəcək.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0