Ramiz Məmmədov söz verdi
27.02.2013 - 17:19
“Bizim üçün ev-səfər anlayışı yoxdur. Cavab oyunundakı uğurlu nəticə ilə yarımfinala çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
45 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la bu gün keçirilən ilk oyunu haqda fikirlərini açıqlayıb: “Qarabağ”ın heyətində Ansi Aqolli bu gün hücumlara qoşulmurdu. Bu da səbəbsiz deyildi. Qonaqlar qapısından qol buraxmaq istəmirdilər. Aqollinin hücumlara qoşulmamağı rəqibin ön xətdəki oyununda hiss olunurdu. Söz verirəm ki, kubok uğrunda mübarizəni davam etdirəcək “dördlük”də “Qəbələ” də olacaq”.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu 1:1 hesabı ilə başa çatıb.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0