Qızlarımız Hamburq turnirində mübarizə aparacaq
27.02.2013 - 20:32
Boks üzrə qadınlardan ibarət milli komandamız 14 gün Qəbələ Olimpiya Kompleksində təlim-məşq toplanışı keçdikdən sonra Bakıya qayıdıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız fevralın 28-dən martın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlığını artıq başa vurub.
Orada baş məşqçi Şamil Məhəmmədbəyovun rəhbərliyi altında 7 boksçumuz – Ceyran Dadaşova (48 kq), Anaxanım Ağayeva (51 kq), Alina Hacıyeva (81+kq), Əzizə Abbasova (51 kq), Leyla Həsənova (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq+) mübarizə aparacaqlar.
Bu yarışın yekunlarına əsasən 3 boksçumuz apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Feliks Stamın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə güclərini sınayacaqlar.
Qeyd edək ki, qadın boksçularımız üçün 2013-cü ilin ilk yarısının ən önəmli yarışı yeniyetmə və gənclər qızlar arasında dünya birinciliyidir. Bu yarışın mayda İtaliyanın Kataniya şəhərində keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı ölkə maliyyə çətinliyinə görə bundan imtina edib. AİBA hazırda dünya birinciliyini keçirmək üçün digər federasiyalarla danışıq aparır.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0