“Hələ buna hazır olduğumuzu düşünmürəm”
27.02.2013 - 21:15
“Yuventus”un təcrübəli yarımmüdafiəçisi Andrea Pirlo Çempionlar Liqasının 1/4 final mərhələsinin bir addımlığında olan komandasının Avropada kubok qazanıb-qazanmayacaq mövzusunda fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu “Qoca Sinyora”nın buna hələ hazır olmadığını və turnirdəki digər komandaların özlərindən daha keyfiyyətli olduğunu ifadə edib.
O, buna baxmayaraq Turin klubunun turnirdə daha çox irəliyə gedə biləcəyinə inanır: “Çempionlar Liqasını qazanmaqmı? Hələ buna hazır olduğumuzu düşünmürəm. Yaxşı bir mövqedəyik və əlimizdən gələni edirik. Lakin turnirdə bizdən daha güclü rəqiblərimiz var”.
Pirlo komandanın çalışdırıcısı Antonio Kontenin nə qədər güclü bir baş məşqçi olduğuna da toxunub: “O, çox yaxşı bir baş məşqçidir. Amma əvvəlcə dilini təkminləşdirməlidir. Ünsiyyət çox əhəmiyyətlidir. Buradan başqa klublarda da işləyə bilər. Lakin “Yuventus” onun üçün ən yaxşı yerdir”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0