“Santos” rəhbərliyi Neymarı heyətində saxlayacaq
27.02.2013 - 21:41
“Santos”un vitse-prezidenti Odilio Rodriqes “Barselona”nın Neymarla razılaşdığı iddialarına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, o, bu xəbərləri təkzib edib.
Vitse-prezident Braziliya klubunun hücumçu ilə yeni müqavilə üçün danışıqlara başladığını bildirib: “Klubun idarə heyətinin qərarına görə, “Santos” 2014-cü ildə başa çatacaq olan Neymarın müqaviləsini uzatmaq niyyətindədir. Bunun reallaşması üçün əlimizdən gələni edirik. “Barselona” ilə razılaşmadığını ifadə edən Neymarın atası ilə də danışıqlara başladıq. Özünə inanırıq. Onun atasının tək istəyi, oğlunun xoşbəxt olduğu yerdə olmasıdır. Ümumiyətlə, “Santos” hələ heç bir klubla bu haqda rəsmi danışıqlar aparmayıb”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0