UEFA “Şalke”nin etirazını rədd etdi
27.02.2013 - 22:33
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə “Qalatasaray” - “Şalke” matçından sonra qonaq komandanın rəhbərliyi “Cim-Bom”un yeni transferi Didye Droqba ilə bağlı UEFA-ya etdiyi etirazına cavab gəlib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun İntizam Komitəsi almanların etirazına rədd cavabı verib.
Belə ki, İspaniyanın “AS” qəzetinin iddiasına görə, “Şalke” “Qalatasaray”ın futbolçusu Droqbanın lisenziya mövzusunda etdiyi etirazına UEFA tərəfindən baxılıb və burada hər hansı bir uyğunsuzluq olmadığı aşkarlanıb.
UEFA-nın rəsmi saytında isə hələ belə bir açıqlama verilməyib.
Qeyd edək ki, “Şalke” “Qalatasaray”ın qış fasiləsində heyətinə cəlb etdiyi Didye Droqba ilə bağlı iddiası ondan ibarət idi ki, hücumçunun turnirdə iştirakına icazə verilməsi ilə bağlı razılığın bütün hüquqi normalara uyğun olmağına şübhə etmişdir. Bu da Didyenin yanvarda Çinin “Şanxay Çenxua” klubundan qalmaqallı şəkildə ayrılmağı ilə bağlıdır. Nəticədə çinlilər afrikalı futbolçunun onlarla müqaviləsi olduğuna görə, “Qalatasaray”a qanunsuz keçidi ilə bağlı FİFA-ya və UEFA-ya şikayət etmişdi.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0