“Simurq” məşqlərinə “Dalğa Arena”da yekun vurdu
02.03.2013 - 20:15
Topaz Premyer Liqasının təsnifat mərhələsinin son turunda “Kəpəz”in qonağı olacaq “Simurq” hazırlıqların tamamlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu gün qarşılaşmanın oynanılacağı “Dalğa Arena”da oyunöncəsi son məşqini çıxan Zaqatala təmsilçisi qaçış və isinmə hərəkətlərindən sonra taktiki çalışmalara keçib.
Qısa ötürmələr və “kvadrat” oynadıqdan sonra ikitərəfli matçla hazırlıqları tamamlayıb. Bundan sonra istirahətə çəkilən “Simurq” qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Qeyd edək ki, 22-ci tur çərçivəsində keçiriləcək “Kəpəz” - “Simurq” oyunu saat 14:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi FİFA referisi Anar Salmanov olacaq.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0