“İstanbula bir xalla gəldiyimiz üçün şansımız var”
03.03.2013 - 07:37
“Qalatasaray”ın yeni transferi Didye Droqba dünən Türkiyə Superliqasının 24-cü turunda Azərbaycan millisinin futbolçusu Ufuk Budakın komandası “Əskişərspor”la qarşılaşmadan sonra oyun haqda yeni klubunda ilk dəfə fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili millisinin üzvü səfərdə 2 xal itirdikləri üçün üzüldüklərini vurğulayıb.
O, rəqib qarşısında “Cim-Bom”un hücumda yaxşı çıxış edə bilmədiyini ifadə edib: “Əskişərspor” çətin bir rəqib idi. Həm də biz çətin bir matç oynadıq. İstanbula bir xalla gəldiyimiz üçün şansımız var. Qol vəziyyəti yaratmaqda çətinlik çəkdik. Bunların hamısını analiz edəcəyik”.
Qeyd edək ki, “Əskişərspor” - “Qalatasaray” matçı 0:0 hesabı ilə başa çatıb.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0