Ramiz Məmmədov: Bəzi futbolçularımız oyuna səhlənkar yanaşmışdılar
03.03.2013 - 18:45
“Tam fərqli iki hissə oldu. Futbolçular sanki, rahatlaşmışdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. O, Topaz Premyer Liqasının XXIII turunda bu gün səfərdə AZAL-a 1:6 hesabı ilə uduzduqları oyuna belə şərh verib: “Bu məğlubiyyəti yorğunluqla əlaqələndirmək istəməzdim. Bəzi futbolçularımız oyuna səhlənkar yanaşmışdılar. Nəticədə böyük hesabla məğlub olduq. Toparlanıb kubok matçında öz oyunumuzu göstərməliyik”.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0