Mərkəzi oyundan sonra dava-dalaş, Sadıqov polis məntəqəsinə aparıldı
03.03.2013 - 19:36
Topaz Premyer Liqasının XXII turunun mərkəzi oyunu olan “Qarabağ” – “İnter” matçından sonra insident baş verib. Aapasport.az saytının məlumatına görə, komandaların futbolçuları arasında oyun keçirilən Tofiq Bəhramov adına Respublika stadionunda paltardəyişmə otağının qarşısında dava-dalaş düşüb. Məsələyə qarışmalı olan polis işçiləri tərəfləri ayırmalı olub.
İnsidentə səbəb “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla hələ oyunun gedişində “İnter”in braziliyalı hücumçusu Robertinyo arasında toqquşma olub. Nəticədə oyundan sonra Rəşadın qardaşı da insidentdə iştirak edərək, ora qatılan “Qarabağ”ın sürücüsü ilə birgə polis məntəqəsinə aparılıb.
Qeyd edək ki, matç qolsuz bərabırliklə nəticələnib.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0