Futbolçularımız bu dəfə də “Dənizlispor”a lazım olmadı
04.03.2013 - 09:37
Türkiyə çempionatının I liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçuları Rail Məlikovla Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” səfərdə “Boluspor”un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Ötən turda olduğu kimi bu dəfə də bizimkilər meydana çıxmayıb. Cəzası başa çatan Məlikov xəstə olduğundan matçda iştirak etməyib.
Qeyd edək ki, 24 oyundan sonra 29 xalı olan Dənizli təmsilçisi 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 24 oyundan sonra 29 xalı olan Dənizli təmsilçisi 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0