Yığmamız Özbəkistanla qarşılaşacaq
04.03.2013 - 12:40
Mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar AFFA və Futbol Veteranları İttifaqı bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Apasport.az saytının məlumatına görə, öncə Azərbaycanın və müxtəlif xarici ölkələrin futbol veteranları arasında yoldaşlıq oyununun keçirilməsi planlaşdırılıb. Daha sonra veteranlarımız özbəkistanlı həmkarları ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Yoldaşlıq görüşlərinin tarixi və vaxtı hələ bilinməsə də, birinci oyun Bakıda və ikinci qarşılaşma isə Özbəkistanda keçiriləcək. Səfərdəki görüş ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.
Qeyd edək ki, Bakıdakı oyuna tanınmış futbol veteranlarının gələcəyi, rəqib komandanın baş məşqçisinin isə Berti Foqts olacağı gözlənilir.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0