“İnter”in seriyası qırıldı
07.03.2013 - 17:53
Bakının “İnter” klubunun seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 6 mövsüm Azərbaycan kubokunun yarımfinalına qədər irəliləyən “bankirlər” bu dəfə 1/4 finalda mübarizəni dayandırıblar.
Buna “Bakı” ilə “Şəfa” stadionunda keçirilən cavab oyunu səbəb olub. Səfərdəki 1:1 hesablı heç-heçədən sonra “İnter”in də meydanında bərabərlik qeydə alınıb – 2:2 .Rəqib meydanında daha çox qol vuran “Bakı” adını yarımfinala yazdırıb. Bununla, “İnter”in seriyası qırılıb.
“İnter” 2004/05 mövsümünün əvvəlindən daşıdığı bu ad altında yalnız 1 dəfə 1/4 finalda dayanmışdı. Bu da 2005/06 mövsümündə baş vermişdi. Həmin vaxt Ukrayna Futbol Federasiyasının indiki prezidenti Anatoli Konkovun çalışdırdığı komanda “Karvan”la dueldə mübarizəni dayandırmalı olmuşdu.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0