Edin Dzeko alman klubuna keçməyəcək
08.03.2013 - 02:34
Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin hücumçusu Edin Dzekonun komandasına transfer olunacağı iddialarına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı bu, yayılan xəbərləri təkzib edib.
Almaniya mətbuatına müsahibə verən Klopp, 26 yaşlı forvardın yayda heyətlərinə qatmayacaqlarını və polşalı futbolçu Rober Levandovskinin komandada qalacağını bildirib: “Dzeko haqqında çıxan fərziyyələr doğru deyil. Edin yaxşı bir oyunçudur. Amma onu heyətimizdə yer almasını düşünmürük”.
Qeyd edək ki, 45 yaşlı mütəxəssis Dortmund “Borussiya”sı ilə son iki mövsümdür çempionluq yaşayır.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0