Misir Futbol Assosiasiyasının binası yandırıldı - VİDEO
10.03.2013 - 07:48
Misirin “Əl-Əhli” klubunun azarkeşləri ölkə futbol assosiasiyasının mənzil qərargahına hücum edərək binanı yandırıblar. Apasport.az saytının məlumatına görə, buna azarkeşlərin ötən il “Əl-Məsri” - “Əl-Əhli” matçının stadionunda baş vermiş toqquşmalarla bağlı ittiham olunan 9 məmurdan 7-nin bəraət almasına qəzəblənməsi səbəb olub.
Bundan başqa azarkeşlər yaxınlıqdakı polis idarəsinin zabitlər klubunu da yandırıblar. Misirin Səhiyyə Nazirliyi isə hadisə nəticəsində 5 nəfərin xəsarət aldığını bildirib.
Qeyd edək ki, Port–Səiddə baş vermiş faciəvi hadisələr zamanı ən azı 74 nəfər ölüb, 1000-ə yaxın insan yaralanmışdı. Həmin vaxt yaşanan münaqişədə “Neftçi”nin futbolçusu Julius Vobay da meydan sahiblərinin düşərgəsində idi. Həmin qalmaqaldan sonra syerra-leoneli “Əl-Məsri”dən ayrılıb Azərbaycana gəlib.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0