Topaz Premyer Liqası üçün yeni format
11.03.2013 - 17:39
İdman Araşdırmalar Mərkəzi Topaz Premyer Liqası, Azərbaycan Kuboku və I divizionun yeni formatı ilə bağlı təkliflər hazırlayıb. Apasport.az saytının xəbərinə görə, bununla bağlı martın 12-də saat 12:00-da "APAHolding"in ofisində mətbuat konfransı keçiriləcək. Tədbirdə təklif olunan yeni format təqdim olunacaq.
İdman Araşdırmalar Mərkəzi "6-lıq" sisteminin ləğvini, Azərbaycan Kubokuna marağın daha çox olmasını, I divizion komandalarının ölkə kubokunda daha çox oyun keçirmələrini məqsədəuyğun sayaraq, bu meyarlara cavab verən format təklif edir: "UEFA prezidenti Mişel Platini də bildirib ki, ölkələr milli kubok yarışlarına daha ciddi yanaşmalıdırlar. Hətta o, ölkə kubokunun qalibinin Avroliqaya yox, ÇL-ə getməsini təklif edib. Bütün bunları nəzərə alaraq, ciddi əsaslara söykənmiş format hazırlamışıq ki, onu da tədbir zamanı geniş şəkildə təqdim edəcəyik" - deyə, qurumun sədri Elşən Məmmədov bildirib.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0