Burak “Qalatasaray”ın ənənəsini davam etdirmək istəyir
12.03.2013 - 04:10
“Bizim üçün bura gəlmək böyük bir hadisədir”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qalatasaray”ın hücumçusu Burak Yılmaz deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Şalke” ilə matçdan əvvəl mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandırıb.
Burak “Cim-Bom”un Avropada fərqli matçlar oynamış bir komanda olduğunu ifadə edib: “Sabah paltardəyişmə otağında danışdığımız hədəflərlə əlaqədar olaraq əhəmiyyətli bir gündür. “Qalatasaray” bu günə qədər Avropada fərqli matçlar oynamış komandadır. Biz də bu ənənəni davam etdirmək istəyirik. İnşallah hər şey istədiyimiz kimi gedər və burada növbəti mərhələyə keçərik”.
Qeyd edək ki, Burak Yılmaz Çempionlar Liqasında 6 qolla “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldodan sonra 2-ci yerdədir. “Kral klubu”nun hücumçusu rəqib qapıçılarını 7 dəfə məyus etməyi bacarıb.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0