“Bundan öncəki görüşlərdə bizim bəxtimiz gətirmirdi”
12.03.2013 - 10:57
“Əgər turnirdə oynadığımız bütün matçlarımızı müqayisə etsək, onda bu gün biz yaxşı oyun nümayiş etdirmişik”. Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək qız futbolçulardan ibarət komandamızın (U-19) hücumçusu Melis Sarıaltın deyib.
Millimizin “Köln”də çıxış edən futbolçusu Estoniyadan olan həmkarlarına 1:0 hesabı ilə qalib gəldikləri matç haqda danışıb. Almaniya doğumlu olan Melis əvvəlki 3 qarşılaşmada da məğlubiyyətə layiq olmadıqlarını düşünür: “Bizim yaxşı komandamız var. Sadəcə olaraq bundan öncəki görüşlərdə bizim bəxtimiz gətirmirdi”.
Qeyd edək ki, U-19 Soçi şəhərində təşkil olunan “Kuban baharı” turnirinin qrup mərhələsində Rumıniya (0:1), Estoniya (0:2) və Ukraynaya (0:2) yenilmişdi. Estonlarla 2-ci qarşılaşma 9-12-ci yerlər uğrunda baş tutub.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0