“Bolqarıstan Azərbaycanla müqayisədə daha yaxın olduğu üçün “Botev”i seçdim”
12.03.2013 - 12:27
“Azərbaycan, Çin, İsrail klublarından təkliflər almışdım. Bu variantların hamısı konkret keçidimlə bağlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniya milli komandasının futbolçusu Boban Qrnçarov deyib.
31 yaşlı müdafiəçi Bolqarıstanın “Botev” klubunun şərəfini qoruyur. O, bu kluba keçərkən Azərbaycandan aldığı təklifdən imtina etməli olduğunu və bunun səbəbini açıqlayıb: “Bu üzdən seçim edərkən ciddi götür-qoy etdim. Nəticədə Bolqarıstanın “Botev” klubuna üstünlük verdim. Bu qərarımda Bolqarıstanın Makedoniyaya daha yaxın olmasının rolu oldu. Çünki Azərbaycan, Çin və İsrail daha uzaq ölkələrdir. “Botev”ə keçdiyim üçün xoşbəxtəm”.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0