“Qəbələ” turnirə qələbə ilə start verdi
12.03.2013 - 20:20
Ötən gün 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək turnirdə iştirak üçün Moldovanın Tiraspol şəhərinə yollanan “Qəbələ”nin U-15 komandası bu gün sözügedən ölkədə ilk oyununu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Ukrayna “Sevostopol”u ilə qarşılaşan təmsilçimiz rəqibini 2:1 hesabilə məğlub edib.
“Qəbələ”yə qələbə gətirən qollara ilk yarıda Kənan Rəfiyev və Elvin Dəmirov imza atıb. Gərgin keçən matçın 2-ci yarısında komandamızın iki futbolçusu qirmızı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq “qırmızı-qaralar” dramatik qarçılaşmada sonadək qələbə hesabını qoruya biliblər.
Qeyd edək ki, təmsilçimiz turnirdə ikinci oyununu sabah - martın 13-ü keçirəcək. Sözügedən görüşdə “Qəbələ” yerli “Şerif-99” kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0