Berti Foqts milli komandaya daha bir futbolçu çağırdı
13.03.2013 - 10:53
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Portuqaliya ilə rəsmi oyunlarına daha 1 futbolçu çağırılıb. Apasport.az saytının məlumatına görə, “Simurq”un müdafiəçisi İlkin Qırtımov bu gündən Bakıda təlim-məşq toplanışına başlayan komandamızın heyətinə cəlb olunub.
Müdafiənin sağ cinahında oynayan İlkin yığmamızın fevralda Dubaydakı təlim-məşq toplanışına aparılsa da, yoldaşlıq görüşlərində meydana çıxmamışdı.
Foqts martın 22-də Lüksemburqla keçiriləcək səfər oyununa hazırlığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. İlk məşq bu gün saat 15:45-də olacaq.
Ancaq millimiz hazırlığa tam heyətlə başlaya bilməyəcək. Belə ki, Topaz Premyer Liqasında final mərhələsinə bu gün yekun vurulacağından, bir-biri ilə üzləşən “İnter”lə “Qəbələ”nin futbolçuları – müvafiq olaraq müdafiəçi Vladimir Levinlə qapıçı Anar Nəzirov sabah düşərgəyə gələcək.
Toplanışa dəvət olunmuş Elhad Nəziri martın 17-dən, Ruslan Abışov və Cihan Özkara isə martın 18-dən millinin heyətinə qoşulacaq.
Qeyd edək ki, yığmamız Lüksemburqdan qayıtdıqdan sonra martın 26-da Portuqaliya yığması ilə Bakıda üzləşəcək.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0