“Komandanın daxilində yaxın dostluq münasibətləri var”
14.03.2013 - 07:00
“Bu oyunçular və bu azarkeşlər belə sevincə layiq idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Malaqa”nın futbolçusu Santa Krus deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsində “Porto”nu (2:0) üstələyib növbəti mərhələyə keçdikdən sonra qələbəni şərh edib.
Santa Krus qarşılaşmada azarkeşlərindən razı qaldığını ifadə edib: “Komandanın daxilində yaxın dostluq münasibətləri var. Mən şadam ki, qol vurdum və biz qalib gəldik. Azarkeşlər bu gün komandamızı çox yaxşı dəstəklədilər. Belə atmosferlə mən yalnız dünya çempionatının seçmə oyunlarında rastlaşırdım. Biz çox sevinirik. İndi nailiyyətimizi bayram etmək vaxtıdır”.
Qeyd edək ki, bu qarşılaşmada Santa Krus İspaniya klubunun 2-ci qolunu rəqibin qapısından keçirib.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0