Qarayev yığmadan çıxarıldı
14.03.2013 - 12:43
Finlandiya və Estoniya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “OİK-Energiya” klubunda çıxış edən David Qarayev yığmanın heyətindən çıxarılıb. Buna səbəb onun zədəli olmasıdır. Qarayevin əvəzinə milliyə "Neftçi"nin üzvü Kənan Manafov toplanışa dəvət olunub.
Qeyd edək ki, U-19 martın 16-dan 19-dək Finlandiyada, martın 19-dan 25-dək isə Estoniyada təlim-məşq toplanışında olacaq. Yığmamız martı 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniyanın müvafiq olaraq U-18 və U-19 komandaları ilə yoldaşlıq oyunu keçirəcək.
Mənbə: affa.az

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0