“Qəbələ” 9 nəfərlə əzmkar qələbə qazandı
14.03.2013 - 22:00
Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını davam etdirən “Qəbələ” bu gün növbəti oyununa çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, qrup mərhələsi çərçivəsində baş tutan sonuncu - üçüncü qarşılaşmada “qırmızı-qaralar” Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki komanda daha öncə keçirdiyi 2 oyunu qələbə ilə yekunlaşdırdığına görə matç qrup liderliyi baxımından prinsipiallıq daşıyırdı.
Qarşılaşmada 9 nəfərlə mübarizə aparan “Qəbələ” görüşdən 2:1 hesablı qalib ayrılıb.
Beləliklə, UGİM üzərində qələbədən sonra xallarının sayını 9 yüksəldən “Qəbələ” qrup mərhələsini lider kimi tamamlayıb və yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda mübarizədə “qırmızı-qaralar” martın 16-da ev sahibi “Şerif”lə üz-üzə gələcək.

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0