Platini yeni texnologiyanın tətbiq edilməsini istəmir
29.03.2013 - 03:00
UEFA prezidenti Mişel Platini qapıların arxasında yeni texnologiyanın tətbiq edilməsinə narazıdır. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri bunun çox bahalı olduğunu bildirib.
Platini bu qədər pul xərcləməkdənsə, daha çox gənclərə və infrastrukturun inkişafına pul qoymağa üstünlük verdiyini ifadə edib: “Əgər biz Çempionlar Liqası və Avropa Liqasının matçlarında yeni texnologiya tətbiq edəcəyiksə, onda biz onu hər stadionda qurmalıyıq. Bu, 280 stadionda təchiz edilməlidir. Təxminən 54 milyon avro lazım olacaq. Bu, çox bahalıdır və gərək olmayan bir şeydir. Mən uzaqdan hakimin görmədiyi bir qol üçün pul xərcləməkdənsə, gənclərə və infrastrukturun inkişafına daha çox pul qoymağa üstünlük verirəm”.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0