Mançini: “Mançester Siti” Balotelli üçün çox darıxır
29.03.2013 - 05:14
“Mançester Siti”nin baş məşqçisi Roberto Mançini komandasının sabiq futbolçusu Mario Balotelli haqda xoş sözlər səsləndirib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı klubunda hər kəsin onun üçün darıxdığını ifadə edib.
Mançini Balotellini planetin ən yaxşı futbolçularından biri hesab edir: “Mançester Siti”də hamı Balotelli üçün çox darıxır. O, istedadlı oğlandır və meydanda möcüzələri yarada bilər. Mario heç kimin düşünməyə belə cəsarət edə bilməyəcəyi hərəkətlər edərdi. Mən çox şadam ki, “Milan”da Balotelli əla çıxış edir. Onda bütün keyfiyyətlər var. Bəlkə də o, dünyanın ən yaxşı futbolçularından biridir. Amma indi yalnız öz imkanlarının yarısından istifadə edir”.
Qeyd edək ki, 22 yaşlı hücumçu bu ilin yanvar ayının sonunda ingilis klubundan “Milan”a 20 milyon avroya transfer olunub. Balotelli “rossonyerlər”in heyətində çıxdığı 6 matçda 7 qola imza atıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0