“Araz Abdullayev mənim zaminliyimlə sərbəst buraxılıb”
29.03.2013 - 11:48
“Araz Abdullayevin başına gələn olayı heç kimə arzulamıram. Belə hadisənin baş verməsini heç kim istəməz”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
“Ağ-qaralar”ın şərəfini qoruyan Araz Abdullayev dünən komandanın bazasına məşqə gələrkən Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini idarə etdiyi maşınla vurub. Süpürgəçi işləyən 2 xanımdan biri dünyasını dəyişsə də, digəri xəstəxanada yatır.
Sadıq Sadıqovun sözlərinə görə, hazırda Araz Abdullayev sərbəst buraxılıb: “Araz polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Heç yana qaçası deyil. Mənim zaminliyimlə sərbəst buraxılıb. Hazırda istintaq gedir. İstintaqın gedişi sirr saxlanılır. Bu üzdən prosesin necə getdiyindən xəbərsizəm”.
Səbuhi TOFİQOĞLU

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0