Ufuk Budakın komanda yoldaşı zədələndi
29.03.2013 - 21:40
“Əskişəhərspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Ufuk Budakın komanda yoldaşı Rodriqo Tello zədələnərək 3 həftəlik sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, bu gün “Acıbadem” xəstəxanasında tibbi müayinədən keçdikdən sonra çilili oyunçunun sol ayağında olan zədəsinin ciddi olduğu müəyyənləşib.
O, bir müddət komandadan uzaq qalacaq.
Qeyd edək ki, “Əskişəhərspor” sabah Türkiyə Superliqasının 27-ci turunda “Qaziantepspor”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
O, bir müddət komandadan uzaq qalacaq.
Qeyd edək ki, “Əskişəhərspor” sabah Türkiyə Superliqasının 27-ci turunda “Qaziantepspor”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0