FİFA-nın saxtakarlığı təsdiq edildi
29.03.2013 - 22:41
Bu gün Makedoniya Futbol Federasiyası FİFA-nın dünyanın ən yaxşı baş məşqçi sorğusunda yığma komandanın kapitanı Qoran Pandevin Joze Mourinyoya səs verdiyi ilə bağlı rəsmi bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin futbol federasiyası ali futbol qurumunun saxtakarlıq edildiyini rəsmən təsdiqləyib.
Belə ki, “Napoli”nin formasını geyinən makedoniyalı oyunçu həqiqətən də portuqaliyalı çalışdırıcıya səs verib. Lakin texniki səhv nəticəsində Pandevin səsi İspaniya milli komandasının baş məşqçisi Visente del Boskenin adına yazılıb.
Qeyd edək ki, 2012-ci ilin ən yaxşı baş məşqçisi Del Boske seçilib. Mourinyo isə bir neçə müsahibəsində FİFA-nın bu qərarı ilə razılaşmadığını bildirmişdi.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0