Rza Çalımbay qərarını dəyişdi
31.03.2013 - 20:35
“Sivasspor”un baş məşqçisi Rza Çalımbay dünən Türkiyə Superliqasının 27-ci turunda “Orduspor”la (3:2) qarşılaşmadan sonra istefa verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu komandanın çalışdırıcısı artıq bu qərarını dəyişdirdiyini bildirib.
Bu haqda klubun prezidenti Mecnun Otyakmaz açıqlama verib: “Komandadakı vəzifəsindən getmək niyyətində idi. Çalımbay istefa vermədi. Bu məsələni tamamilə həll etdik. Bundan sonra onunla görəcəyimiz çox işlərimiz var”.
Qeyd edək ki, Özkara həmin qarşılaşmada baş məşqçi tərəfindən “18-liy”ə daxil edilməmişdi.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0