Oyuna 14 dəqiqə artırıb, 6 qırmızı, 14 sarı vərəqə göstərdi
30.05.2013 - 13:39
Azərbaycan millisinin futbolçusu Elhad Nəzirinin formasını geyindiyi Rumıniyanın “Petrolul” klubunun ölkə çempionatının son oyununda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, müdafiəçinin ehtiyatda qaldığı “Qaz Metan”la ev oyununda 6 qırmızı, 14 sarı vərəqə qeydə alınıb. Bu qədər vərəqələri verən baş hakim matçı 90+14-cü dəqiqəyə kimi uzadıb. “Petrolul” həmin vaxt vurduğu qolla məğlubiyyətdən qaça bilib – 1:1.
Qırmızı vərəqələrdən 2-si meydan sahiblərinin, 4-ü rəqibin payına düşüb. Özü də “Qaz Metan”ın 3 futbolçusu oyunun uzatma dəqiqələrində qovulub.
Qeyd edək ki, “Petrolul” bu bərabərlik nəticəsində turnir cədvəlində 1 pillə geriləyərək, 3-cü yerə düşüb və 62 xalla bürünc medalçı olub.

- Kerem Demirbaydan “Qalatasaray” açıqlaması
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
0
0