“Tromse” Bakıda ofsayda düşmədi
26.07.2013 - 04:05
Avropa Liqasının II təsnifat mərhələsinin “İnter” - “Tromse” qarşılaşmasının statistik göstəriciləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA oyun ərzində qeydə alınan göstəriciləri hesablayıb.
“Bayıl Arena”da baş məşqçi Kaxaber Sxadadzenin yetirmələrinin minimal hesabı ilə qazandıqları görüşdə təmsilçimiz çərçivəyə 7 zərbə endirib. Norveçlilər isə buna yalnız 1 dəfə cavab verməyi bacarıb. Qeyri-dəqiq zərbələrdə də “bankirlər” rəqibindən üstündür – 5:3. Maraqlıdır ki, “Tromse” 90 dəqiqə ərzində ofsayda düşməyib.
Qeyd edək ki, “İnter” “Tromse”ni minimal hesabla məğlub etsə də, növbəti mərhələyə keçə bilməyib. Çünki bakılılar ilk oyunda rəqibinə 2 cavabsız qolla uduzmuşdu.

İnter | Tromse | ||
1 | Qol | 0 | |
7 | Çərçivəyə zərbə | 1 | |
5 | Qeyri-dəqiq zərbə | 3 | |
4 | Künc zərbələri | 2 | |
4 | Oyundankənar vəziyyətlər | 0 | |
17 | Qayda pozuntuları | 6 | |
2 | Sarı vərəqələr | 1 | |
0 | Qırmızı vərəqələr | 0 | |
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
- “Arsenal” üç futbolçusu ilə müqaviləni yeniləyəcək
0
0