“Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam rayonuna yollanıb.
Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.
AFFA-nın vitse-prezidenti Elxan Məmmədov və Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə birlikdə şəkil çəkdirən ulduz futbolçu paylaşımında “Qarabağ”la dünənki matçın “İmarət” stadionunda keçirilməli olduğunu vurğulayıb: “Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, “Qarabağ” ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. İnşallah, burada futbol yenidən doğulacaq”.
Elxan Məmmədov, Canni de Byazi və Keysuke Honda da daxil olmaqla Ağdama yollanan nümayəndə heyəti “İmarət” stadionunda futbol da oynayıb.
- Ruslan Qurbanov: "Futbolda oynaya bilməyəcəyimiz rəqib yoxdur"
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- "Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
- Premyer Liqa klubunun futbolçusu irqçilikdə günahlandırılıb
- Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb