
“Liverpul” “Yuventus”un futbolçusu Kenan Yıldızla ciddi şəkildə maraqlanır.
Apasport.az xəbər verir ki, mersisaydlılar yay transfer pəncərəsində türkiyəlinin keçidi üçün 80 milyon avro büdcə ayırmağa hazırlaşır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbələr iddia edir ki, “Liverpul” rəhbərliyi 19 yaşlı forvardı klubla müqaviləsi bu yay başa çatacaq Məhəmməd Salahın varisi kimi görür.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 40 matçda 6 qol , 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “qoca sinyora” ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?