AL: "Qalatasaray"ın oyunçusu həftənin qolu mükafatına namizəddir
25.10.2024 - 13:11
AL: "Qalatasaray"ın oyunçusu həftənin qolu mükafatına namizəddir

Avropa Liqasında Liqa mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı qolu mükafatına namizədlər açıqlanıb.

Apasport.az xəbər verir ki, namizədlər "Reyncers"dən Vaslav Çerni, "Qalatasaray"dan Barış Alper Yılmaz, "Budo-Qlimt"dən Villads Nilsen və "Mançester Yunayted"dən Kristian Eriksendir. 

Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

0