Kurtuanın durumuna aydınlıq gəlib
24.10.2024 - 20:57

"Real"ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, belçikalı qolkiper "El Klassiko"da iştirak etməyəcək.
Çempionlar Liqasının 3-cü turunda "Borussiya" (Dortmund) ilə görüşdə zədələnən Tibo 3-4 həftə qapını qoruya bilməyəcək. Bu mövsümdə 12 oyunda forma geyinən Kurtua bunların 4-də qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması İspaniya La Liqasının 11-ci turu çərçivəsində oktyabrın 26-da keçiriləcək.
0
0